TARİXİ ŞAMAXI ŞƏHƏRİNİN QORUNMA PROBLEMLƏRİ VƏ ONUN QORUQ ELAN OLUNMASININ ƏHƏMİYYƏTİ
Şamaxı Azərbaycanın qədim şəhərlərindəndir. Şamaxı şəhərində torpaq altında ən azı beş mədəniyyət qorunur. İlk tunc dövrü, antik dövr, ilk orta əsrlər, Şirvanşahlar, Səfəvilər, Şirvan xanlığı, XIX-XX əsrlərin təbəqələri hər qazıntı işlərində üzə çıxır. 1 saylı məktəbin həyətindəki saray qalıqları, Xınıslı, Sabirin xatirə muzeyinin yeri, yollar çəkilərkən üzə çıxan bina qalıqları, qala divarları, su ovdanları Şamaxının kompleks qorunmasını zəruri etmişdir. 
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti arxeoloji materialları
1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması tarix elminin inkişafında mühüm rоl оynadı. Bu cəmiyyətin respublikanın müxtəlif bölgələrinə təşkil etdiyi sistemli elmi ekspedisiyalar akademik N.Y.Marrın Yafəsilik nəzəriyyəsini və Azərbaycanın qədim tarixə malik ölkə оlduğunu dəlillərlə sübut etməyə yönəlmişdi. 1926-1928-ci illərdə cəmiyyətin arxeоlоji ekspedisiyaları mütəmadi hal almış, aşkar edilən arxeоlоji materiallar müxtəlif illərdə Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. 
XIX ƏSRDƏ QAFQAZDA TƏSƏVVÜFİ CƏRƏYANLAR
XIX əsrdə Qafqazda nəqşibəndilik, qadirilik, xəlvətilik və üveysi təriqətlər hesab edilən zikrçilər geniş yayılmışdılar. Bu haqda ən maraqlı yazı XIX əsrin sonlarında yazılmış Mahmud bəy Mahmudbəyovun “Qafqazda müridzm cərəyanları” məqaləsidir. Mahmud bəy məqalədə əsasən İsmayıl Şirvani ilə Qafqaza gəlmiş nəqşibəndilikdən və Şeyx Əyyubla Şirvanda yayılmış zikrçilik məktəbindən bəhs etmişdir.
Milli Azərbaycan Tarixi Muzeyində mühafizə edilən qədim parçalar (arxeoloji tapıntılar əsasında)
Milli Azərbaycan Tarixi Muzeyində Mingəçevir, Xarabagilan və Şirvanşahlar Sarayında qəbirlərdən aşkar olunmuş müxtəlif dövrlərə aid qədim parçalar (geyim hissələri) mühafizə edilir. Azərbaycanda toxuculuğun tarixi qədimdir. Eneolit (e.ə. VI-IV minilliklər) və İlk tunc dövrünə (e.ə. IV-III minilliklər) aid saxsı, daş və sümük əyircəklər, sümük və mis iynələr, bizlər burada toxuculuğun ilkin əlamətləri olub, ev sənətkarlığı içərisində artıq bu sahənin də yer tutduğunu göstərir. 
AXTAÇILAR/AKHTACHI’S
Türklərin və monqolların ortaq birləşdiyi adlardan biri axtaçı adıdır. Sözün kökü axta – axtalamaqla əlaqədar olub, monqol dilindədir. Ona əlavə edilən şəkilçi isə türk dilindəki – çı şəkilçisidir. Zəki Vəlidi Toğan bu adı oğuzlarla əlaqələndirir. Amma mənbələrdə axtaçı adına ilk dəfə Çingiz xanla əlaqədar hadisələrdə rast gəlinir. Sonralar monqol-türk dövlətlərinin və hakim tayfaların başında məhz axtaçıların durduğu və onun ilkin mənasından ayrılaraq sərkərdə, tayfa başçısı kimi işlədildiyi görünür. 
Nəzmlə və rəsmlə 1582-ci il Qəbələ hadisələri
Qəbələ şəhərinin XIV-XVIII əsr təsviri görüntülərini araşdırarkən 1582-ci ildə Qəbələ qalasının Osmanlı ordusu tərəfindən mühafizəçisi olan Asəfi adlı şairin “Şücaətnamə” əsərində miniatürlərini əldə etdik. Qəbələnin orta əsrlərdə ilk görüntüsü mahiyyətində olan bu miniatürlər böyük elmi əhəmiyyətə malikdir. Miniatürlər Asəfinin şeirləri əsasında tərtib edilmişdir.
<< 1 2 3 4 >>