Azərbaycanın XVIII Əsr Paytaxt Şəhəri – AĞSU
Orta əsr Ağsu şəhəri XVIII əsrdə əhalisinin sayına və ərazisinə görə Azərbaycanın ən böyük şəhəri idi. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu kəndi yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə ən əhəmiyyətli iqamətgah olmuşdur. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər - Şirvan xanları bu qalada otururdular.
22-11-2014
Azərbaycanlıların soyqırımı Qafqaz İslam Ordusuna dair mənbələrdə
1917-1918-ci illərdə ermənilər təkxalqlı “Böyük Ermənistan” xülyası ilə azərbaycanlıları soyqırıma məruz qoyanda onların köməyinə qardaş Osmanlı dövlətinin iradəsinin gəldiyini hər bir azərbaycanlı istər cümhuriyyət, istər sovet, istərsə də müstəqillik illərində bu və ya digər səviyyədə xatırlamış və xatırlayır.
Millətin atasından millətə yadigar - Milli Azərbaycan Tarix Muzeyi
"MİRAS" jurnalı yeni "Möhtəşəm Dünya Muzeyləri" layihəsinə başlayır. Layihə dünyada ən çox ziyarət olunan, eləcə də zəngin eksponata və geniş ekspozisiyalara malik muzeyləri Azərbaycanda tanıtmağa xidmət edir. Bu muzeyləri tanıtmaqla yanaşı, həmin iri muzeylərdə saxlanılan Azərbaycanın mədəni irs nümunələrinin təbliğ olunmasına da xüsusi diqqət yetiriləcəkdir.
Azərbaycan Tarixi Muzeyinin Arxeоlоji materiallari (Yeni ekspоzisiyada nümayiş etdirilməsi baxımından)
Azərbaycan Tarixi Muzeyi əsas tədqiqat mərkəzlərindən оlub, Azərbaycan tarixinin təbliğ оlunmasında mühüm rоla malikdir. Muzeydə 2004-cü il fevral ayının 12-də açılan yeni ekspоzisiya bunun bariz göstəricisidir. Azərbaycan tarixinin 1828-ci ilə qədərki dövrünü əhatə edən bu ekspоzisiyada muzeyin arxeоlоji materialları həm qədimliyin göstəricisi, həm də ekspоzisiyanı gözəlləşdirməsi baxımından zövqləri оxşayır.
1854-1856-cı illərdə Şirvanda üsyana cəhd haqqında
1854-1856-cı illərdə Şamaxı qəzası ərazisində baş verən üsyan cəhdi haqqında çar Rusiyasının rəsmi sənədlərində, mənbələrdə və ədəbiyyatda bəzi qeydlər vardır. General-leytenant, Knyaz V.О.Behbudоvun (1791-1858) Daxili Işlər nazirinə 1856-cı il sentyabrın 6-da ünvanladığı 552 saylı rəsmi sənəd, 1854-1855-ci illərdə Hacı Əhməd Əfəndi Külüllünün (v. 1856) rəhbəliyi ilə Şamaxı qəzasında yeni müridizm təliminin yayılmasının əsas iştirakçılarının siyahısı...
Tariximizdə kimlik problemi
Çox insanlar, savadlı və ya savadsız, toplumun hər təbəqəsindən olan vətəndaşlarımız sual edirlər, biz kimik? Bu mənada talış, ləzgi, tat, saxur, avar, kürd yurddaşlarımız çox şanslıdırlar. Çünki, kimlik problemləri yoxdur. Onlar elə özləridir, tarixləri də bəllidir. Bu torpaqlarda necə məskən saldıqları, necə yaşadıqları, tarix yaratdıqları, bu günə hansı tarixi missiya ilə gəldikləri bəllidir.