Tiflis Muzeyindən Azərbaycan Tarixi Muzeyinə daxil olmuş arxeoloji materiallar
Çar Rusiyası dövründə canişinlik mərkəzi Tiflis şəhəri olduğundan Qafqazın müxtəlif yerlərindən aşkar edilən arxeoloji materiallar bir qayda olaraq Tiflis Muzeyinə gətirilirdi. Odur ki, həmin dövrdə Azərbaycanın qazıntılar aparılmış bölgələrindən Tiflis Muzeyinə çoxlu sayda arxeoloji materiallar daxil olmuşdur.
Yazılmamış tarix: “Şirvan xanlığı”
Azərbaycan tarixinin ən qürurlu səhifələrində minillik tarixi olan Şirvanşahlar dövləti (VI-XVI əsrlər) özünəməxsus yеr tutur. Tarixdən məlumdur ki, Qafqaz Albaniyası, Ərəb Xilafəti, Böyük Səlcuq, Atabəylər, Ali Monqol, Еlxanilər, Cəlairilər, Əmir Tеymur, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi hakimiyyətlərini görmüş və yola salmış Şirvanşahlar dövləti 1538-ci ildə süqut еtdi. Bununla yanaşı, əzəmətli “Şirvanşahlıq” düşüncəsi yox olmadı, 1538-ci ildən Nadir şahın ölümünədək (1747) dəfələrlə gündəmə gəldi, gündəmdən gеtdi.