Türkiyənin Konya şəhərində VIII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu keçirilib
15-18 may 2014-cü il tarixdə Türkiyə Cümhuriyyətinin Konya şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi (Türkiyə), İtaliya Konservasiya Alimləri Assossasiyası (İtaliya), Yeraltı Arxeologiya Təşkilatı (İspaniya), Arxeologiya Birliyi (Makedoniya) və Konya Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə VIII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu keçirilib.
1-3 oktyabr 2008-ci ildə Türkmənistan Respublikası Mədəniyyət və Teleradio Nazirliyinin Aşqabad şəhərində təşkil etdiyi “Türkmən torpağı qədim mədəniyyət və sivilizasiyanın ocağıdır” adlı Beynəlxalq elmi konfrans üçün ezamiyyənin HESABATI
1-3 oktyabr 2008-ci ildə Türkmənistan Respublikası Mədəniyyət və Teleradio Nazirliyinin Aşqabad şəhərində təşkil etdiyi “Türkmən torpağı qədim mədəniyyət və sivilizasiyanın ocağıdır” adlı Beynəlxalq elmi konfrans keçirilmişdir. Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində mən də var idim və Milli Azərbaycan Tarixi Muzeyini təmsil edirdim.
8-11 oktyabr 2008-ci ildə Türkiyə Cümhuriyyəti İstanbul şəhəri Mərmərə Universitetində “Tarixdə və Arxeologiyada Boya” 27-ci Beynəlxalq Konfrans üçün ezamiyyənin HESABATI
8-11 oktyabr 2008-ci ildə Türkiyə Cümhuriyyəti İstanbul şəhəri Mərmərə Universitetində “Tarixdə və Arxeologiyada Boya” 27-ci Beynəlxalq Konfrans keçirilmişdir. Konfransın təşkilatçıları Prof. Dr. Rəcəb Qaradağ və Prof. Dr. Əmrə Dölən idi. Konfransda 31 ölkədən (Misir, Azərbaycan, İran, Pakistan, Türkiyə, ABŞ, Böyük Britaniya, Tunis, Belçika, İsveç...
 
23-29 noyabr 2008-ci ildə Italiya Respublikası Roma şəhəri La Sapienza Universitetində “Mədəni İrsin Konservasiyasında Gənclər” I Beynəlxalq Konfrans üçün ezamiyyənin HESABATI
Noyabrın 24-25-də La Sapienza Universitetində “Mədəni İrsin Konservasiyasında Gənclər” I Beynəlxalq Konfransda dünyanın müxtəlif ölkələrindən (Azərbaycan, İtaliya, İrlandiya, Portuqaliya, Boliviya, Nigeriya və s.) məruzələr edildi və posterlər təqdim olundu. Konfransda Milli Azərbaycan Tarixi Muzeyindən bir nəfər (Dr. Fariz Xəlilli) iştirak edirdi.
Fariz Xəlillinin İtaliyanın Palermo şəhərində 24-26 may 2010-cu il tarixində keçirilən 2-ci “Mədəni İrsin Konservasiyasında Gənclər” Beynəlxalq konfransında iştirakına dair hesabatı
Azərbaycan konfransda Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix elmləri namizədi Fariz Xəlilli, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçiləri – tarix elmləri namizədi Ceyhun Eminli və Namiq Hüseynli ilə təmsil olunurdu. 
Fariz Xəlillinin Şimali Kipr Türk Cümhuriyyətinin Qazi-Mağusa şəhərində 18-20 mart 2010-cu il tarixində keçirilən 4-cü “Sualtı Tədqiqatlar” Beynəlxalq konfransında iştirakına dair hesabatı
Azərbaycan konfransda Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix elmləri namizədi Fariz Xəlilli, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçiləri – tarix elmləri namizədi İdris Əliyev və tarix elmləri namizədi Ceyhun Eminli, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Ülviyyə İmamverdiyeva ilə təmsil olunurdu.
<< 1 >>