8-11 oktyabr 2008-ci ildə Türkiyə Cümhuriyyəti İstanbul şəhəri Mərmərə Universitetində “Tarixdə və Arxeologiyada Boya” 27-ci Beynəlxalq Konfrans üçün ezamiyyənin HESABATI

8-11 oktyabr 2008-ci ildə Türkiyə Cümhuriyyəti İstanbul şəhəri Mərmərə Universitetində “Tarixdə və Arxeologiyada Boya” 27-ci Beynəlxalq Konfrans keçirilmişdir. Konfransın təşkilatçıları Prof. Dr. Rəcəb Qaradağ və Prof. Dr. Əmrə Dölən idi. Konfransda 31 ölkədən (Misir, Azərbaycan, İran, Pakistan, Türkiyə, ABŞ, Böyük Britaniya, Tunis, Belçika, İsveç, İsveçrə, İrlandiya, Kanada, Tayvan, Portuqaliya, Rumıniya, Fransa, Meksika, Danimarka, Hollandiya, Küveyt, Polşa, Yunanıstan, İtaliya, Avstriya, Seneqal, Almaniya, Çexiya, Nigeriya, İspaniya, Yaponiya) 93 nümayəndə iştirak edirdi.

Konfransda Milli Azərbaycan Tarixi Muzeyindən iki nəfər (Dr. Gülzadə Abdulova və Dr. Fariz Xəlilli) iştirak edirdi. Gülzadə Abdulovanın məruzəsinin mövzusu “Azərbaycanda xalq boyama üsulları”, Fariz Xəlillinin məruzəsinin mövzusu “IV-XIV əsrlərdə Azərbaycanda parça istehsalı və boyama” idi.

Oktyabrın 8-də konfrans iştirakçılarının qeydiyyatı aparıldı, ümumi tanışlıq oldu, hədiyyələr verildi. Axşam iştirakçıların şərəfinə Türk və İslam Əsərləri Muzeyində ziyafət verildi və rəsmi açılış oldu. Həyətdə bitki nümunələri, onlardan alınan boyalar, boyanmış iplər, onlar haqqında məlumatın qoyulduğu stendlər iştirakçıların diqqətinə çatdırıldı.

Oktyabrın 9-da səhər konfransa təqdim olunan poster-məruzələr panellərdə asıldı. Konfrans iştirakçıları posterlərlə tanış oldular və müzakirə aparıldı.

Poster-məruzələrdən sonra canlı məruzələrə başlanıldı. Məruzələr XVI-XVIII əsrlərdə London boyaqçılarına Yorkşir sənətkarlarının təsirinə, London boyaqçılarının XVIII əsr qeyd dəftərçəsinə, XVII-XVIII əsrlərdə London boyaqçılarının iş təcrübəsinə, ilk sintetik orqanik boyaq maddəsi – ponceausa, fransız boyası olan prussiya mavisinə və s. mövzulara həsr olunmuşdu. Azərbaycanla bilavasitə bağlılığı olan məruzələrdən birini fransız alimi Bernard Verhille etdi.

Konfrans zamanı biz parçaların və onların boyandığı boyaq maddələrinin tərkibini öyrənən xüsusi cihaz haqqında məlumat əldə etdik. Demək olar ki, bütün iştirakçı dövlətlərin alimləri həmin cihazın vasitəsilə əldə etdikləri nəticələri təhlil edirdilər. Milli Azərbaycan Tarixi Muzeyində çox sayda arxeoloji və etnoqrafik parça olmasına baxmayaraq bu cihazın

Oktyabrın 10-da konfrans öz işini davam etdirdi və günün sonunda konfrans bağlandı.

Oktyabrın 11-də İslam və Türk Əsərləri Muzeyi, Ayasofiya Muzeyi və Topqapı Muzeyinə təşkil olunmuş ekskursiyalarda iştirak etdik.

Oktyabrın 12-də gündüz İstanbul Arxeoloji Muzeyində olduq.

Oxunub: 1072