1-3 oktyabr 2008-ci ildə Türkmənistan Respublikası Mədəniyyət və Teleradio Nazirliyinin Aşqabad şəhərində təşkil etdiyi “Türkmən torpağı qədim mədəniyyət və sivilizasiyanın ocağıdır” adlı Beynəlxalq elmi konfrans üçün ezamiyyənin HESABATI

1-3 oktyabr 2008-ci ildə Türkmənistan Respublikası Mədəniyyət və Teleradio Nazirliyinin Aşqabad şəhərində təşkil etdiyi “Türkmən torpağı qədim mədəniyyət və sivilizasiyanın ocağıdır” adlı Beynəlxalq elmi konfrans keçirilmişdir. Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində mən də var idim və Milli Azərbaycan Tarixi Muzeyini təmsil edirdim. Sentyabrın 29-da Nisa antik və ilk orta əsrlər dövrü abidəsinə baş çəkdik. Orada italyanların apardığı arxeoloji qazıntılar və aşkar olunmuş abidələrin, bina qalıqlarının konservasiyası ilə tanış olduq. Sentyabrın 30-da görkəmli arxeoloq Viktor Sarianidinin “Marquş. Türkmənistan böyük mədəniyyətin sirlər dünyası və onun həqiqi kəşfi” adlı kitabının təqdimat mərasimi oldu. Oktyabrın 1-də konfransın Türkmənistan Prezidentinin Mədəniyyət mərkəzində açılış mərasimi oldu. Açılışdan sonra əvvəlcə Türkmənistan Prezidenti Saparmurad Türkmənbaşının Muzeyinə baxıldı. Daha sonra alimlər üç bölmədə məruzələrinə başladılar. Mən üçüncü bölmədə iştirak edirdim. Maraqlı çıxışlar oldu. Oktyabrın 2-də Daş Oğuz şəhərinə getdik. Orada Köhnə-Urgənc abidələr kompleksinə baş çəkdik. Məşhur sufilər Nəcməddin Kübranın, Sultan Əlinin və Piryar Vəlinin məqbərələrinə, 1907-1908-ci illərdə tikilmiş Daş Məscid mədrəsəsinə və orada qurulmuş Xalq Sənətkarlığı Muzeyinə, Seyid Əhməd Türbəsi, Sultan Təkəşin türbəsi, İl Arslanın Günbəzinə, Məmunun minarəsi və Cümə Məscidinə, Naməlum sarayın giriş qapısına və s. tarixi-memarlıq abidələrinə baş çəkdik. Oktyabrın 3-də günün birinci yarısında konfrans işini Türkmənistan Prezidentinin Mədəniyyət mərkəzində davam etdirdi. Azərbaycandan AMEA-nın müxbir üzvü Cəfər Qiyasi də çıxış etdi. Günün ikinci yarısında konfransın işinə yekun vuruldu. Oktyabrın 4-də Saparmurad Türkmənbaşı seyrangahına baş çəkdik.Oktyabrın 5-də Aşqabad yaxınlığındakı Seyid Cəmaləddin məscidinə, Anau arxeoloji abidəsinin materiallarının toplandığı Milli Ağ Buğda Muzeyinə baş çəkdik. Orada olduğum müddətdə Türkmənistanın Altın asır və Miras televiziyalarına konfrans və Azərbaycan nümayəndə heyətinin işi barədə müsahibə verdim.

Oxunub: 1126