23-29 noyabr 2008-ci ildə Italiya Respublikası Roma şəhəri La Sapienza Universitetində “Mədəni İrsin Konservasiyasında Gənclər” I Beynəlxalq Konfrans üçün ezamiyyənin HESABATI

Noyabrın 23-də Roma şəhəri La Sapienza Universiteti ilə ilk tanışlıq oldu.
Noyabrın 24-25-də La Sapienza Universitetində “Mədəni İrsin Konservasiyasında Gənclər” I Beynəlxalq Konfransda dünyanın müxtəlif ölkələrindən (Azərbaycan, İtaliya, İrlandiya, Portuqaliya, Boliviya, Nigeriya və s.) məruzələr edildi və posterlər təqdim olundu. Konfransda Milli Azərbaycan Tarixi Muzeyindən bir nəfər (Dr. Fariz Xəlilli) iştirak edirdi. Məruzə “Azərbaycanda arxeoloji materialların konservasiyası və Milli Azərbaycan Tarixi Muzeyi” adlanırdı. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla dinlənildi və suallar verildi. Digər məruzələr dinlənildikdən və posterlər nümayiş olunduqdan sonra konfransın elmi komitəsinin üzvləri gənc alimlərin bu təşəbbüsünü alqışladılar, onlarla açıq müzakirələrə başladılar.
Noyabrın 26-da İtaliya Mədəniyyət Nazirliyi Ali Konservasiya və Restovrasiya İnstitutunda Ernesto Borelli ilə görüşdən sonra həmin İnstitutun laboratoriyası ilə yaxından tanışlıq oldu.
Noyabrın 27-də Ali Konservasiya və Restovrasiya İnstitutunun İranda işləyən arxeoloji qrupunun rəhbəri Massimo Vidale və La Sapienza Universitetinin Fəlsəfə fakultəsinin müəllimi, arxeoloq Karlo Cereti ilə Milli Azərbaycan Tarixi Muzeyinin italyanlarla birlikdə konservasiya, arxeoloji qazıntılar və kataloqlaşdırma sahəsində hazırlya biləcəkləri layihələri haqqında müzakirələr aparıldı.
Noyabrın 28-də Vatikan Muzeyi ilə yaxından tanışlıq oldu. Vatikan Muzeyindəki Misir, assur, etrusk, yunan, roma, xristian arxeoloji materialları və Muzeyin möhtəşəm binası çox maraq doğurdu.
Noyabrın 29-da Kolizey və Roma Forumu, Kapitoli Muzeyi ilə yaxından tanışlıq oldu. Əsrarəngiz tarixi binalar, Kapitoli Muzeyindəki etrusk, roma və xristian dövrü materialları öz tarixi əhəmiyyəti ilə seçilir.

Oxunub: 1048