Ohrid - 2016
Konfransa getmək üçün maliyyə tapmaq çox çətin idi. İnstitut və universitetlər, iş yerləri ezamiyyələri artıq dəstəkləmirlər. QHT Şurasına müraciətimiz isə müsbət həll olunmamışdı. Hamı borc-xərc edib,  “Terrorizm, Miqrasiyalar, Köçkünlər - Mədəni İrs və Dəyərlər, İqtisadiyyat, Turizm və Media ilə bağlı Müasir Çağırışlar” IV Beynəlxalq konfransına gedirdi. 
 
Verona - 2015
Verona Universitetində işə başlayan Simpoziumun açılış mərasimində son günlər Türkiyədə baş verən terror hadisələri nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Simpoziumun Təşkilat Komitəsinin həmsədrləri professor Luigi Scrinzi, dosent Osman Kunduracı, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Verona Universiteti Tesis departamentinin rəhbəri, professor Gian Paolo Romagnani və Konya şəhər bələdiyyəsinin Məclis üzvü Mustafa Uzbaş salamlama nitqi ilə çıxış ediblər. Təşkilat Komitəsinin katibi Ahmet Aytaç simpoziuma hazırlıq və onun gedişi ilə bağlı görülmüş işlər barədə məlumat verib.
Qlazqo - 2015
Sentyabrın 5-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyev, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, habelə Beynəlxalq YOCOCU Asossasiyasının prezidenti, kimya elmləri üzrə fəlsəfə doktoru Andrea Macchianın "Arxeoloji materialların interpretasiyası" problemlərinə həsr olunan bölmədə "Azərbaycanda Arxeoloji və Analitik Tədqiqatlar: Ağsunun orta əsr keramikası" mövzusunda müştərək məruzəsi iştirakçılar tərəfindən maraqla dinlənilib. 
Konya - 2015
Mayın 14-də Türkiyənin Konya şəhərində IV Beynəlxalq türk incəsənət, tarix və folklor konfransı işə başlayıb. Tədbiri Türkiyənin Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi, Konya Böyükşəhər Bələdiyyəsi, İtaliyanın Beynəlxalq Mədəni İrsin Konservasiyasında Gənclər Assosasiyası (YOCOCU), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan) birgə təşkil edib.
Tbilisi - 2015
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli "Turizmin istifadəsi üçün mədəni irsin qorunmasına gənc baxış" mövzusunda çıxış edib. Fevralın 1-2-də Bakıda keçirilən Gənclərin I Beynəlxalq Mədəni İrs və Turizm Forumunda iştirak edən gənclərin bu sahədəki maraq və təkliflərini səsləndirib. Fariz Xəlilli qonşu və dost dövlət olan Gürcüstandan Azərbaycana turistlərin az gəlməsindən təəssüfləndiyini və gələcəkdə bu sahədə irəliləyişə nail olmaq üçün yetərincə potensialın olmasını qeyd edib.
Samsun - 2015
Seminarı Türk Ocaqları Cəmiyyəti adından Reha Oğuz Ertuğrul açaraq, Xocalı soyqırımının bütün Türk dünyasına edilən zorakılıq olduğunu qeyd edib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. MİRAS İctimai Birliyinin sədri, Dr. Fariz Xəlilli Xocalı soyqırımının səbəbləri, nəticələri və dərsləri haqqında məruzə edib. Türk dünyası gənclərinin üzərinə düşən əsas vəzifənin vətən torpaqlarını gəzərək, türkün ayaq izlərinin ardınca gedərək mədəni irsimizi öyrənmək, qorumaq və təbliğ etmək olduğu, yaddaşların təzələnməsinin vacibliyini qeyd edib. 
 
<< 1 2 >>