“Ohrid-Vodiçi – 2021" IX beynəlxalq elmi-praktiki konfransda Azərbaycan alimləri iştriak ediblər
18-19 yanvar 2021-ci il tarixində Şimali Makedoniya Respublikasının Ohrid şəhərində “Ohrid-Vodiçi - 2021: Mədəni irs, ətraf mühit, elmi araşdırmalar və turizm pandemiya hadisələri zamanı" IX beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfrans zum platformasında onlayn baş tutub. Konfrans Şimali Makedoniyanın Sosial Mədəni Antropologiya İnstitutu, Rusiyanın "Siyasi elmlər" jurnalı, ABŞ-ın "Qlobal proseslər" jurnalı və Azərbaycanın "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
20-1-2021
Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”si kitabı nəşr olunub
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə yardımı ilə "Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”si" kitabını "Elm və təhsil" nəşriyyatında nəşr edib. Kitabın müəllifləri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Şəhla Xəlillidir. Kitabın elmi məsləhətçisi AMEA-nın həqiqi üzvü Teymur Kərimli, elmi redaktoru Prof.Dr. Qafar Cəbiyev, rəyçisi filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlidir.
15-1-2021
Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”sinin üçüncü nüsxəsi aşkar edilib
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”sinin nəşri" layihəsini davam etdirir. Əvvəlcə əsərin tədqiqi üçün iki nüsxə - İstanbul Millət Əlyazma Əsərlər Kitabxanası və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan nüsxələr istifadə edilib.
4-12-2020
“The publication project of “Managibname” by Pir Mohammad of Karabakh” is being implemented
"Miras" Social Organization in Support of Studying of Cultural Heritage is known for its extensive activities in the field of study, protection and promotion of cultural heritage in Azerbaijan. The association, which has implemented numerous local and international projects to this date, has done a lot to promote spiritual values.
23-9-2020
Реализуется проект «Публикация «Манагибнаме» Пир Мухаммеда Гянджеви из Карабаха»
Общественная Организация по содействию изучения, сохранения и пропаганды культурного наследия «Мирас» известен своей широкой деятельностью в области изучения, сохранения и пропаганды культурного наследия в Азербайджане. Организация проводила многочисленные местные и международные проекты в области пропаганды духовных ценностей.
22-9-2020
"Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”sinin nəşri" layihəsi həyata keçirilir
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2020-ci ilin fevral ayında Qarabağ irsini və mənəvi dəyərlərini təbliğ etmək məqsədilə öz nəzdində "Qarabağı Araşdırma İcması" qurub. Burada Qarabağı öyrənən və tədqiq edən, onun mənəvi irsini təbliğ edən "Miras" İctimai Birliyi üzvləri toplaşıb. Birlik könüllü araşdırmaçıları icmada yer almağa dəvət edir. Bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.
22-9-2020