“Rəngi qaçan” redaktor
1-4-2014

1 aprel dünyanın əksər ölkələrində aldatma günü kimi qeyd edilir.
Bu gün insanlar bir-birləri ilə zarafatlaşır, biri digərini aldadır.

qhtxeber.az aldadan və aldadılan QHT sədrləri arasında sorğu keçirib. Sorğuda iştirak etmiş QHT sədrlərinin cavablarını təqdim edirik.

Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi Elməddin Muradlı:
“Bu gün mən işdə hamını aldatmışamki, sabah maaş veriləcək. Hamı da inanıb deyəsən.Hətta,mühasibimiz özü də inanıb buna.Sevinir bayaqdan. Redaktor yoldaşıma yalandan dedimki, müdir səni işdən çıxarıb, rəngi qaçdı. Ama menim bir xüsusiyyətim varki, ekser hallarda yalan danışdığım doğru çıxır.Keçən il məni yaman aldatmışdılar. Ama bu il çox ciddi hazırlaşmışam ki,aldadan olmasın.

Miras İctimai Birliyinin sədri Fariz Xəlilli:
“Məktəb və tələbəlik illərində daha çox aldanmışam. Ailədə də aldadıblar. Bəzən yaddan çıxardığım üçün aldanmışam. Mənim də əgər yadımda olubsa, aldatmışam. Bir dəfə dostlardan biri məni görüşə dəvət etmişdi. Gözləmişəm, deyir, gələcəm, gəlirəm, yaxındayam, sonra deyir ki, sən hələ də məni gözləyirsən, bu günün 1 aprel olmasına baxmayaraq. Xeyli vaxtımı itirmişdim, əsəbiləşsəm də yadda qalan olmuşdu...

“Hüquqi Yardım” İctimai Birliyinin sədri İlqar Qasımov:
“Olub, əsasən uşaqlıqda aldadıblar. Tay-tuşlarım, dostlarım. Mənim kimi isə aldatmağıma isə gərək yaxşı əhval-ruhiyyəm və bir də vaxtım olsun. Amma bu aldatma daha çox gülüş doğurmalıdır. İnsanı rahatladan bir zarafat olmalıdır. Açığını deyim ki, artıq 5-6 ildir ki, məni heç kim aldatmağa cəhd etmir”.

İlqar Ağasi:
“Məni aldada bilmirlər. o da yəqin Şəkili olmağımdan irəli gəlir:)))).Heç kimi aldatmamışda həmdə. Onsuzda adi gündə də mən nə deyirəmsə soruşurlar “Siz ciddi danışırsız yoxsa zarafat edirsiz?"

Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının baş məsləhətçisi Fərid Rüstəmov:
Məktəb dövrlərində çox olub. Ən yadda qalanı isə bir aprel günü müəllimlərimizin bir bir direktorun otağına çağrıldıqları olub. Sonda bu zarafata görə sinif uşaqları ilə direktorun otağında boynubükük dayanmağımızla bitmişdi.

Yeganə

Oxunub: 884