"Qadınlar cənnətin ayaqları altında olduğu ana, hər zaman arxalana biləcəyin...
7-3-2014

8 mart beynəlxalq qadınlar günü münasibəti ilə qhtxeber.az QHT təmsilçiləri arasında “Qadınlara arzunuz” adlı sorğu keçirib.

Sorğuda iştirak etmiş QHT sədrlərinin cavablarını sizlərə təqdim edirik.

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov:
Qadınlar bizim cəmiyyətin ən zərif və incə təbəqəsidir. Onlarsız heç bir cəmiyyəti təsəvvür etmək olmaz. Azərbaycanda qadınlar hər zaman cəmiyyətin fəal zümrəsi olmuşdur. Şərq və müsəlman aləmində bizim ölkə qadınlara verilən hüquqlar baxımından dünyaya nümunə olmuşdur. Qadınlar hər bir cəmiyyətdə sülhün, dialoqun və əmin-amanlığın bərqərar olmasında müstəsna rola malikdir. Xanımları bir daha təbrik edirəm, onlara ölkənin ictimai siyasi həyatında, işgüzar və şəxsi həyatlarında uğurlar arzu edirəm.

Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının baş məsləhətçisi Fərid Rüstəmov:
“Zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan Azərbaycan qadınları, hər birinizi 8 mart beynəlxalq qadınlar bayramı münasibətilə ürəkdən təbrik edir, sizə can sağlığı, səadət və müvəffəqiyyətlər arzu edirəm”.

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli:
“Qadınlara ilk növbədə gözəl, təravətli qalmağı, xoşbəxt, firavan ailə səadəti, şəxsi və peşə fəaliyyətlərində uğur və müvəffəqiyyətlər arzulayıram”.

"Yaddaş" Maarifçi Gənclər İctimai Birliyinin sədri İlqar İlyaslı:
“Bütün qadınlara hər zaman gözəl olmağı, sevilməyi və xoşbəxt olmağı arzulayıram”.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli:
“İlk öncə bu bayram münasibətilə bütün xanımları təbrik edirəm! Azərbaycan qadını ilk öncə millətin milli ənənələrini qorumalıdır. Cəmiyyətin saflaşmasında, əxlaqi keyfiyyətlərin qorunmasında kişilərlə bərabər qadınlarda fəal olmalıdır. Ən əsası Azərbaycan qadını hər zaman xanımlığını qorumalıdır. Arzu edək ki, əsl Azərbaycan xanımları bu dəyərləri heç vaxt itirməsin”.

Gəncliyin Elmi Mədəni İnkişafı Təşkilatının sədri Sərdar Yusifoğlu:
“Bu gözəl bayramda bütün qadınlara gül kimi təravətli qalmağı arzu edirəm”.

“Miras”İctimai Birliyinin sədri Fariz Xəlilli:
“ 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə anamı, xanımımı, bu ölkənin inkişafında əməyi olan bütün Azərbaycan qadınlarını təbrik edirəm. Onlara cansağlığı, ailə, təhsil və iş həyatlarında uğurlar arzulayıram. Qadınlar cənnətin ayaqları altında olduğu ana, hər zaman arxalana biləcəyin həyat yoldaşı, qayğının çəkildiyindən əmin olduğun övladdır. ALLAH bütün qadınlara bu həyat yollarını keçməyi qismət eləsin. qhtxeber.az portalının qadın əməkdaşlarına isə hər zamantəravətli qalmağı, uğurlu media yayımcılığı arzulayıram”.

"Hüquqi Yardımı"İctimai Birliyin sədri İlqar Qasımov:
“Azərbaycan qadınlarına xoş günlər, əmin-amanlıq, sağlamlıq, bol gülüş, təmiz və günəşli səma, işlərində uğurlar, yaxınlarından bol sevgi görməyi arzulayıram. Ən əsası, hamımızın ümumi dərdimiz olan, qadınların isə daha çox sülh yolu ilə azad olmasını arzu etdikləri Qarabağımızın tezliklə qaytarılmasını və bu sevinci birlikdə qeyd etməyimizi Allahdan onlara qismət olmasını arzulayıram”.

Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi Elməddin Muradlı:
“Qadınlarımızı təbrik edirəm. Qadınlarsız kişilər bir günü bir saatı belə ağır keçir. Arzum budur biz həmişə qadınların onlarda bizim yanımızda olsunlar və qarşılıqlı anlaşma şəraitində daha çox uğur qazanıb daha sağlam ailə qurmaq olur. Mən xüsüsən də sürücü xanımlara demək istəyirəmki yollarda diqqətli olsunlar”.


qhtxeber.az kollektivi bu təbriklərə qoşularaq xanımları təbrik edir, bütün xanımlarımıza sevinc, xoşbəxtlik və uğurlar arzu edirik.
8 Mart bayramınız mübarək!

Yeganə
qhtxeber.az

Oxunub: 872