Sosial şəbəkələr olduğumuz kimi görünməyə imkan yaradır
5-2-2014
“Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli: “Sosial şəbəkələr mənim üçün virtual özünüifadə vasitəsidir. Burada öz virtual çevrəmi formalaşdırır, bu çevrəmi gördüyüm işlər, keçirdiyim hisslər, aldığım informasiyalarla məlumatlandırır, öz virtual kimliyimi cəmiyyətə təqdim edirəm. Öz üzərimdə işlədiyim əsas məqam isə bu virtual kimliklə real kimlik arasında fərq yaranmasına imkan verməmək, elə belə məqamlar yaranırsa, onu özünütənqidlə aradan qaldırmaqdır. Yəni, sosial şəbəkələr bizi nəinki məlumatlandırır, həm də öz üzərimizdə işləməyə, olduğumuz kimi görünməyə, nəfsimizi imtahana çəkməyə imkan yaradır”.
Oxunub: 910