Fariz Xəlilli ad günündə kimin yanına getdi?
1-8-2012

Bu gün ''Miras'' Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyinin sədri Fariz Xəlillinin doğum günüdür. Fariz Xəlilli 1980-ci ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Tarixçi-arxeoloq Fariz Xəlilli 2010-cu ildən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinə rəhbərlik edir.
''Miras'' Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi mədəni irsin öyrənilməsi üzrə elmi tədqiqat işləri aparır, milli və mənəvi dəyərlərimizin öyrənilməsinə və təbliğinə kömək edir, tarixi abidələrin və digər obyektlərin təmiri və bərpasına yardım edir, yaddan çıxmış adət-ənənələrimizin öyrənilməsi və gənc nəsilə çatdırılmasına çalışır. Bu məqsədlə “Miras” tərəfindən müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, konfranslar, sərgilər təşkil edilib.
Qeyd edək ki, Fariz Xəlilli ad gününü bu gün anası ilə birgə Ağsuda qeyd edir.
qhtxeber.az-ın kollektivi QHT sədrini ad günü münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar arzulayır.

Hazırladı: Jalə

qhtxeber.az

Oxunub: 675