
“Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” ustad dərsləri
April 2, 2026VI Qrup
Mətbəx, çörək və yemək mədəniyyəti
Tarix: 06-10 aprel 2026-cı il, saat 14.00-18.00
Təşkilatçı: Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Tədris forması: Layihə əsaslı öyrənmə (PBL)
Qrupa daxil olan qeyri-maddi mədəni irs elementləri:
Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə ənənəsi;
Lavaş, katırma, jupka, yufka – nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti;
Mədəni kimliyin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi.
Müddət: 5 gün
Günlük tədris: 4 saat
Ümumi saat sayı: 20 saat
Məkan: Zərgərpalan hamamı, Bakı şəhəri Yasamal rayonu Həmidağa Hüseynzadə küçəsi 11, Nizami metrosunun yaxınlığı
Bu proqram Azərbaycan mətbəx mədəniyyətinin və ənənəvi yemək hazırlama üsullarının qeyri-maddi mədəni irs kontekstində öyrənilməsinə yönəlmiş kompleks tədris kursudur. Təlim çərçivəsində iştirakçılar Azərbaycan mətbəxinin tarixi inkişafı, sosial və mədəni funksiyaları ilə tanış olur, çörəkbişirmə, nazik çörək hazırlama və dolma bişirmə kimi ənənəvi kulinariya proseslərini praktiki məşğələlər vasitəsilə mənimsəyirlər.
Proqramın məqsədi:
Qeyri-maddi mədəni irs anlayışının kulinariya mədəniyyəti kontekstində mənimsənilməsi;
Azərbaycan mətbəxinin tarixi və regional xüsusiyyətlərinin öyrənilməsi;
Təndir sənətkarlığı və çörəkbişirmə ənənələrinin texnoloji və mədəni aspektlərinin izahı;
Nazik çörək növlərinin hazırlanma və paylaşma mədəniyyətinin öyrənilməsi;
Dolma ənənəsinin ailə və icma həyatında rolunun təhlili;
İştirakçıların praktiki kulinariya bacarıqlarının inkişaf etdirilməsi.
Əsas tədqiqat sualı:
Azərbaycan mətbəx mədəniyyəti və ənənəvi yemək hazırlama üsulları qeyri-maddi mədəni irs kontekstində müasir dövrdə necə qoruna və gələcək nəsillərə ötürülə bilər?
Öyrənmə nəticələri:
Proqramın sonunda iştirakçılar
Azərbaycan mətbəxinin əsas xüsusiyyətlərini izah edə biləcək;
Təndir çörəyinin hazırlanma mərhələlərini izah edə biləcək;
Nazik çörək növlərinin hazırlanma texnologiyasını tanıya biləcək;
Dolma hazırlama ənənəsinin sosial və mədəni funksiyalarını izah edə biləcək;
Ənənəvi süfrə mədəniyyəti və paylaşma dəyərlərini izah edə biləcək.
Tədris məzmunu və mərhələlər
I Modul – Azərbaycanın mətbəx mədəniyyəti (4 saat)
I gün – 06 aprel 2026-cı il, saat 14.00-18.00
Qeydiyyat və proqramla tanışlıq – Məleykə Hüseynova – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Qeyri-maddi mədəni irs anlayışı – Prof.Dr. Şikar Qasımov – Bakı Mühəndislik Universiteti
Azərbaycan mətbəxinin tarixi və əsas xüsusiyyətləri. Mətbəxin xalq mədəniyyətində rolu – Ceyran Əsgərova – Qida mühəndisi, Saffron Group Restoran Şirkəti
II Modul – Təndir sənətkarlığı və çörəkbişirmə (4 saat)
II gün – 07 aprel 2026-cı il, saat 14.00-18.00
Təndirin yaranma tarixi və mədəni əhəmiyyəti – Dr. Aida İsmayılova
Arxeoloji tədqiqatlarda təndir – Fariz Xəlilli, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Təndir sənətkarlığı və çörəkbşirmə – Ceyran Əsgərova – Qida mühəndisi, Saffron Group Restoran Şirkəti
Ustad dərsi:
təndirin quruluşu və iş prinsipi;
çörəkbişirmə alətləri;
xəmirin hazırlanması və yayılması;
təndirə yapılma texnikası.
III Modul – Nazik çörəklərin hazırlanması və paylaşma mədəniyyəti (4 saat)
III gün – 08 aprel 2026-cı il, saat 14.00-18.00
Nazik çörəklərin tarixi və regional xüsusiyyətləri: lavaş, katırma, jupka, yufka – Ceyran Əsgərova – Qida mühəndisi, Saffron Group Restoran Şirkəti
Ustad dərsi:
xəmirin hazırlanması;
yayma texnikaları;
ənənəvi bişirmə üsulları.
IV Modul – Dolma: mədəni kimliyin əsas elementi (4 saat)
IV gün – 09 aprel 2026-cı il, saat 14.00-18.00
Dolmanın Azərbaycan mətbəxində yeri, dolmanın tarixi və növləri, dolma hazırlanma ənənəsi – Ceyran Əsgərova – Qida mühəndisi, Saffron Group Restoran Şirkəti
Ustad dərsi:
içliyin hazırlanması;
bükmə texnikaları;
bişirmə üsulları.
Praktiki məşğələ: dolmanın hazırlanması və süfrəyə təqdimatı
V Modul – Yekun təqdimat və qiymətləndirmə (4 saat)
V gün – 10 aprel 2026-cı il, saat 14.00-18.00
Ümumiləşdirmə və interaktiv müzakirə
Qrup təqdimatları:
• süfrə mədəniyyəti üzrə nümayiş
• yemək hazırlama ənənələrinin təqdimatı
Birgə süfrə və dadım mərasimi
İştirakçıların yekun qiymətləndirilməsi
Qiymətləndirmə mexanizmi:
Elmi və tarixi əsaslandırma – 25 %
Texniki icra – 20 %
Estetik quruluş – 20 %
Yaradıcılıq yanaşması – 15 %
Təqdimat bacarığı – 20 %
Qiymətləndirmə prosesi fasilitativ və summativ xarakter daşıyır.
📞 Əlaqə: +994 50 610 70 50
📧 E-poçt: miraspresscenter@gmail.com




