
AMQF ailəsinin yeni üzvü – Miras İctimai Birliyi
March 2, 2026VIII Qrup
Bayramlar və kollektiv mərasim mədəniyyəti
Tarix: 15-19 mart 2026-cı il, saat 13.00-17.00
Təşkilatçı: Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Tədris forması: Layihə əsaslı öyrənmə (PBL)
Qrupa daxil olan qeyri-maddi mədəni irs elementləri:
1. Novruz bayramı
2. Nar bayramı – ənənəvi nar festivalı və mədəniyyəti
Müddət: 5 gün
Günlük tədris: 4 saat
Ümumi saat sayı: 20 saat
Məkan: Zərgərpalan hamamı, Bakı şəhəri Yasamal rayonu Həmidağa Hüseynzadə küçəsi 11, Nizami metrosunun yaxınlığı
Bu proqram qeyri-maddi mədəni irs elementləri əsasında Novruz və Nar bayramlarının elmi, sosial və estetik modelinin hazırlanmasına yönəlmiş kompleks tədris kursudur. Proqram çərçivəsində bayramlar kollektiv mərasim sistemi, mədəni kimlik göstəricisi və sosial inteqrasiya mexanizmi kimi təhlil edilir. İştirakçılar nəzəri bilikləri praktik tapşırıqlar, səhnələşdirmə, kollektiv icra və layihə işi vasitəsilə tətbiqi modelə çevirirlər. Nəticədə bayramın konseptual əsaslandırılması, mərasim ssenarisi, estetik quruluşu və sosial funksiyalarını əhatə edən bütöv bir mədəni model hazırlanır.
Proqramın məqsədi:
Qeyri-maddi mədəni irs anlayışının dərin mənimsənilməsi;
Bayram və kollektiv mərasimlərin sosial-funksional təhlili;
Novruz və Nar bayramlarının tarixi, ideoloji və estetik əsaslandırılması;
Kollektiv icra modelinin və tətbiqi bayram ssenarisinin hazırlanması.
Əsas tədqiqat sualı:
Qeyri-maddi mədəni irs kontekstində Novruz və Nar bayramlarının müasir interpretasiyası necə qurula bilər?
Öyrənmə nəticələri:
Proqramın sonunda iştirakçılar
Qeyri-maddi mədəni irsin nəzəri əsaslarını izah edə biləcək;
Novruz və Nar bayramlarını funksional və semiotik sistem kimi təhlil edə biləcək;
Bayram modelini konseptual və praktik şəkildə layihələndirə biləcək;
Kollektiv mərasim ssenarisi hazırlaya biləcək;
Elmi əsaslandırılmış təqdimat bacarığı nümayiş etdirə biləcək.
Tədris məzmunu və mərhələlər:
I Modul – Konseptual baza (4 saat)
I gün – 15.03.2026
Qeydiyyat, təlimat və ümumi tanışlıq – Məleykə Hüseynova, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Qeyri-maddi mədəni irs anlayışı – Prof.Dr. Şikar Qasımov – Bakı Mühəndislik Universiteti
Bayram nədir? Qonaqpərvərlik, paylaşma və barış mədəniyyətinə təsiri – Pərvin Ahənçi, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Bakı Ali Neft Məktəbi
Layihə tapşırığı: Bayram konsept xəritəsinin hazırlanması
Günün qiymətləndirilməsi
II Modul – Novruz: mənşə və ideoloji məzmun (4 saat)
II gün – 16.03.2026
Novruzun tarixi və sosial əhəmiyyəti – Pərvin Ahənçi, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Bakı Ali Neft Məktəbi
Praktiki iş:
Səməni içkisinin hazırlanması
Simvolik Novruz süfrəsinin qurulması
Çərşənbə rituallarının səhnələşdirilməsi
Məleykə Hüseynova, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Günün qiymətləndirilməsi
III Modul – Novruz mərasimləri və kollektiv icra (4 saat)
III gün – 17.03.2026
Novruz oyunları və xalq əyləncələri – Prof.Dr. Kübra Əliyeva, AMEA Arxeologiya və Antropologiya İnstitutu
Festival turizmi və regionun inkişafı – Dr. Fariz Xəlilli, AMEA Arxeologiya və Antropologiya İnstitutu
Ustad dərsi: Novruz şirniyyatının hazırlanması – Baş aşbaz Ziya Şahbazov
Günün qiymətləndirilməsi
IV Modul – Nar bayramı: festival və mədəni kimlik (4 saat)
IV gün – 18.03.2026
Narın Azərbaycan mədəniyyətində yeri və simvolikası – Ümidə Məcnunlu, Azərbaycan Neft və Sənaye Universiteti
Nar bayramı: Mədəni yaddaşdan UNESCO siyahısına – Ramil Abbəkirov – Akademik Yusuf Məmmədəliyev Fondunun İcraçı Direktoru
Nar festivalının tarixi və xüsusiyyətləri – Adil Məmmədov – Göyçay qəzetinin baş redaktoru, əməkdar müəllim
Praktiki hissə:
Nar məhsullarının təqdimatı (şirə, turşu, mürəbbə və s.)
Nar motivli əl işi nümunələrinin hazırlanması
Günün qiymətləndirilməsi
V Modul – Final layihə və təqdimat (4 saat)
V gün – 19.03.2026
Mövzular üzrə ümumiləşdirmə və interaktiv müzakirə:
Bayramların planlaşdırılması və təşkilati mərhələləri;
Kollektiv mərasim etikası;
Bayramların müasir təqdimatı;
“Novruz” və “Nar” ənənələrinin qorunması və ötürülməsi;
Qrup layihəsi:
“Kollektiv bayram modeli” təqdimatı (hər qrup öz konseptini təqdim edir)
İştirakçıların yekun qiymətləndirilməsi – Prof.Dr. Şikar Qasımov
Bayram əyləncəsi – kollektiv icra
Qiymətləndirmə mexanizmi:
Elmi əsaslandırma – 25%
Mədəni uyğunluq – 20%
Estetik quruluş – 20%
Komanda işi – 15%
Təqdimat bacarığı – 20%
Qiymətləndirmə prosesi fasilitativ və summativ xarakter daşıyır.
📞 Əlaqə: +994 50 610 70 50
📧 E-poçt: miraspresscenter@gmail.com




