
Xocalı və ətraf ərazilərdə qaranlıq irsin arxeologiyası və elmi məsuliyyət
February 26, 2026Tarix: 10-14 mart 2026-cı il, saat 13.00-17.00
Təşkilatçı: Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Tədris forması: Layihə əsaslı öyrənmə (PBL)
Qrupa daxil olan qeyri-maddi mədəni irs elementləri:
- İftar və onun sosial-mədəni ənənələri
- Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi
Müddət: 5 gün
Günlük tədris: 4 saat
Ümumi saat sayı: 20 saat
Məkan: Zərgərpalan hamamı, Bakı şəhəri Yasamal rayonu Həmidağa Hüseynzadə küçəsi 11, Nizami metrosunun yaxınlığı
Bu proqram qeyri-maddi mədəni irs elementləri əsasında iftar və çay süfrəsinin elmi, sosial və estetik modelinin hazırlanmasına yönəlmiş layihə əsaslı öyrənmə kursudur. İştirakçılar nəzəri bilikləri tətbiqi layihə vasitəsilə praktik modelə çevirirlər.
Proqramın məqsədi:
Qeyri-maddi mədəni irs anlayışının dərin mənimsənilməsi;
İftar və çay mədəniyyətinin sosial-semiotik təhlili;
Süfrə modelinin tarixi və dini əsaslandırılması;
Tətbiqi mədəni modelin qurulması.
Əsas tədqiqat sualı: Qeyri-maddi mədəni irs kontekstində iftar və çay süfrəsinin müasir interpretasiyası necə qurula bilər?
Öyrənmə nəticələri:
Proqramın sonunda iştirakçılar
Qeyri-maddi mədəni irsin nəzəri əsaslarını izah edə biləcək;
İftar və çay mədəniyyətini funksional sistem kimi təhlil edə biləcək;
Süfrə modelini konseptual şəkildə layihələndirə biləcək;
Komanda şəklində tətbiqi layihə təqdim edə biləcək;
Elmi əsaslandırılmış təqdimat bacarığı nümayiş etdirə biləcək.
Tədris məzmunu və mərhələlər:
I Modul – Konseptual baza (4 saat)
I gün: 10.03.2026, saat 13.00-17.00
Qeydiyyat, təlimat və ümumi tanışlıq – Məleykə Hüseynova, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Layihə haqqında məlumat – Fariz Xəlilli, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Qeyri-maddi mədəni irs nədir? – Prof.Dr. Şikar Qasımov – Bakı Mühəndislik Universiteti
Xalqımızın süfrə və mətbəx mədəniyyəti – Prof.Dr. Kübra Əliyeva – AMEA Arxeologiya və Antropologiya İnstitutu
Layihə tapşırığı: Süfrə konsept xəritəsinin hazırlanması
Günün qiymətləndirməsi
II Modul – Maddi və estetik struktur (4 saat)
II gün: 11.03.2026, saat 13.00-17.00
Qeydiyyat, təlimat və ümumi tanışlıq – Məleykə Hüseynova, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Azərbaycanda çay mədəniyyəti – Dr. Ceyhun İsmayılov – “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu
Çay dəstgahı praktik ustad dərsi – Baş aşbaz Ziya Şahbazov – Xanədan restoranı
Layihə tapşırığı: Süfrənin estetik kompozisiya planı
Günün qiymətləndirməsi
III Modul – Dini və sosial kontekst (4 saat)
III gün: 12.03.2026, saat 13.00-17.00
Qeydiyyat, təlimat və ümumi tanışlıq – Məleykə Hüseynova, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Oruc və iftar – Dos.Dr. Əhməd Niyazov – Azərbaycan İlahiyyat İnstitutu
Zəkat və islam maliyyəsi – Dos.Dr. Ruslan Atakişiyev – İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi
Layihə tapşırığı: İftar modelinin dini-sosial əsaslandırılması
Günün qiymətləndirməsi
IV Modul – Sosial ünsiyyət və sufi kontekst (4 saat)
IV gün: 13.03.2026, saat 13.00-17.00
Qeydiyyat, təlimat və ümumi tanışlıq – Məleykə Hüseynova, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Qonaqpərvərlikdə sosial ünsiyyət bacarıqları – Arzu Soltan Həsənli – “Azərbaycan məktəbi” jurnalı
Seyid Yəhya Bakuvinin “Şəfaül-Əsrar” əsərində sufi orucu və Mir Həmzə Seyid Nigarinin “Çaynamə” məsnəvisində çay mədəniyyəti əsaslı sufi ədəbi – Dr. Fariz Xəlilli – AMEA Arxeologiya və Antropologiya İnstitutu
Layihə tapşırığı: Süfrənin sosial ssenarisinin yazılması
Günün qiymətləndirməsi
V Modul – Final layihə və təqdimat (4 saat)
V gün: 14.03.2026, saat: 16.00-20.00
Qeydiyyat, təlimat və ümumi tanışlıq – Məleykə Hüseynova, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Qrup layihəsi: “Mükəmməl iftar və çay süfrəsi” təqdimatı (hər qrup öz süfrəsini təqdim edir) – Fariz Xəlilli, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
İştirakçıların yekun qiymətləndirilməsi – Prof.Dr. Şikar Qasımov – Bakı Mühəndislik Universiteti
Tərkibi:
Konseptual əsaslandırma;
Dini və sosial interpretasiya;
Estetik quruluş;
Praktik nümayiş.
Örnək iftar süfrəsi praktik ustad dərsi – Baş aşbaz Ziya Şahbazov – Xanədan restoranı
Günün qiymətləndirməsi
Qiymətləndirmə mexanizmi:
Elmi əsaslandırma – 25%
Mədəni uyğunluq – 20%
Estetik quruluş – 20%
Komanda işi – 15%
Təqdimat bacarığı – 20%
Qiymətləndirmə prosesi fasilitativ və summativ xarakter daşıyır.
Əlaqə nömrəsi: +994 50 610 70 50
E-poçt: miraspresscenter@gmail.com




