
Xəlvətilik təriqətinin qurucusu Pir Ömər Avaxıli Şirvani və onun türbəsi
February 21, 2026
Antik Gebele – UNESCO Dünya Mirası Listesi’ne aday eşsiz bir arkeolojik şehir
February 21, 2026Bu məqalədə Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri Azərbaycan və Qafqazın İslam dövrü maddi-mədəni irsinin öyrənilməsi baxımından əsas yazılı mənbələrdən biri kimi təhlil edilir. Əsərdə siyasi tarixlə yanaşı, şəhərsalma, müdafiə memarlığı, ibadət məkanları, sufi ocaqları, ticarət infrastrukturu, toponimika və təbii-coğrafi dəyişikliklər sistemli şəkildə təqdim olunduğundan Bakıxanovun məlumatları İslam arxeologiyası üçün mühüm elmi baza yaradır. Tədqiqatın məqsədi Bakı şəhəri və ətraf məkanlarda adı çəkilən abidələr haqqında verilən informasiyaların elmi dəyərini müəyyənləşdirmək, onları arxeoloji, numizmatik və epiqrafik nəticələrlə müqayisə etməklə tarixilik və etibarlılıq səviyyəsini qiymətləndirməkdir.
Təhlil göstərir ki, Bakıxanovun Bakının Şirvan məmləkəti daxilində siyasi-iqtisadi mərkəz kimi rolu, neft və duz mədənlərinin strateji əhəmiyyəti, qala və bürclərin mərhələli möhkəmləndirilməsi, dəniz səviyyəsinin dəyişməsi, “daş yollar” kimi unikal infrastruktur izləri, eləcə də Əbu Səid Abdal Bakuyi və Seyid Yəhya Bakuvi kimi sufi şəxsiyyətlərin irsi barədə məlumatları bir çox hallarda arxeoloji boşluqları tamamlayır. Nəticə etibarilə “Gülüstani-İrəm”in sistemli şəkildə elmi dövriyyəyə cəlb olunması və müasir arxeoloji tədqiqatlarla inteqrasiyası Bakı və Abşeronun İslam dövrü tarixinin rekonstruksiyası və qorunması üçün mühüm perspektivlər açır.
Xəlilli, F.S. Bakı və Abşeronun İslam Arxeologiyası tədqiqatlarında “Gülüstani-İrəm” əsərinin mənbəşünaslıq təhlili // Mirzə Hüseyn Əfəndi Qayıbzadənin anadan olmasının 195 illik yubileyinə həsr olunmuş “Hüseyn Əfəndi Qayıbzadə irsi: Ənənə və maarifçilik kontekstində” Respublİka Elmİ Konfransının Materialları. 22 dekabr 2025-ci il, Quba, Azərbaycan. ISBN: 971-8-81893-586-7
This article examines Abbasgulu Agha Bakikhanov’s Gulistan-i Iram as a key written source for studying the Islamic-period material and cultural heritage of Azerbaijan and the wider Caucasus. Beyond political history, the work offers systematic descriptions of urban development, defensive architecture, sacred spaces, sufi institutions, trade infrastructure, toponymic transformations, and environmental changes, which collectively elevate the text to a primary reference for Islamic archaeology. The study aims to assess the scholarly value of monuments and cultural sites mentioned – primarily in Baku and related locations – by comparing Bakikhanov’s narratives with archaeological, numismatic, epigraphic, and architectural findings, and by evaluating the historical reliability and analytical potential of the information provided.
The analysis shows that Bakikhanov’s accounts – regarding Baku’s role within Shirvan, the strategic importance of oil and salt revenues, the phased fortification of the city, shoreline and sea-level dynamics, the “stone roads” as distinctive infrastructure traces, and the heritage of major Sufi figures such as Abu Said Abdal Bakuyi and Sayyid Yahya Bakuyi – often complement gaps in archaeological documentation and support a more coherent reconstruction of Islamic-period Baku and Absheron. Ultimately, integrating Gulistan-i Iram into a systematic research framework alongside modern field and laboratory studies can significantly advance Islamic archaeology and heritage preservation in Azerbaijan.
Khalilli, F.S. A Source-Critical Analysis of the Work “Gulistani-Iram” in Studies of the Islamic Archaeology of Baku and Absheron // Proceedings of the Republican Scientific Conference “The Legacy of Huseyn Efendi Qayibzade: Tradition and Enlightenment Context”, Dedicated to the 195th Anniversary of the Birth of Mirza Huseyn Efendi Qayibzade. December 22, 2025, Quba, Azerbaijan. ISBN: 971-8-81893-586-7





