
Beynəlxalq Mədəni İrs Ustad Məktəbində tematik qruplar üzrə ustad dərsləri davam edir
April 2, 2026
“Mətbəx, çörək və yemək mədəniyyəti” ustad dərsləri
April 2, 2026V Qrup
Xalq sənətkarlığı və təsviri-dekorativ sənət
Tarix: 06-10 aprel 2026-cı il, saat 09.30-13.30
Təşkilatçı: Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Tədris forması: Layihə əsaslı öyrənmə (PBL)
Qrupa daxil olan qeyri-maddi mədəni irs elementləri:
Lahıc misgərlik sənəti;
Sədəf sənətkarlığı;
Miniatür sənəti;
İllüminasiya sənəti (Təzhib).
Müddət: 5 gün
Günlük tədris: 4 saat
Ümumi saat sayı: 20 saat
Məkan: Zərgərpalan hamamı, Bakı şəhəri Yasamal rayonu Həmidağa Hüseynzadə küçəsi 11, Nizami metrosunun yaxınlığı
Bu proqram Azərbaycan xalq sənətkarlığının və təsviri-dekorativ sənətinin qeyri-maddi mədəni irs kontekstində öyrənilməsinə yönəlmiş kompleks tədris kursudur. Təlim çərçivəsində iştirakçılar sənətkarlıq ənənələrinin tarixi inkişafı, estetik xüsusiyyətləri və sosial-mədəni funksiyalarını öyrənir, eyni zamanda ustad dərsləri və praktiki məşğələlər vasitəsilə bu sənət növlərinin texniki və yaradıcı prinsipləri ilə tanış olurlar.
Proqramın məqsədi:
Qeyri-maddi mədəni irs anlayışının sənətkarlıq kontekstində mənimsənilməsi;
Azərbaycan xalq sənətkarlığının əsas növlərinin tarixi və estetik xüsusiyyətlərinin öyrənilməsi;
Lahıc misgərlik, sədəf, miniatür və təzhib sənətlərinin texniki və bədii prinsiplərinin mənimsənilməsi;
Sənətkarlıq ənənələrinin qorunması və ötürülməsi mexanizmlərinin təhlili;
İştirakçıların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi.
Əsas tədqiqat sualı:
Azərbaycan xalq sənətkarlığı nümunələri qeyri-maddi mədəni irs kontekstində müasir dövrdə necə qoruna və davam etdirilə bilər?
Öyrənmə nəticələri:
Proqramın sonunda iştirakçılar
Qeyri-maddi mədəni irs anlayışını sənətkarlıq kontekstində izah edə biləcək;
Azərbaycan xalq sənətkarlığının əsas növlərini tarixi və estetik baxımdan təhlil edə biləcək;
Lahıc misgərlik, sədəf, miniatür və təzhib sənətlərinin əsas texniki xüsusiyyətlərini tanıya biləcək;
Sadə sənət nümunələrinin hazırlanmasında iştirak edə biləcək;
Sənətkarlıq ənənələrinin qorunması və ötürülməsi yollarını izah edə biləcək.
Tədris məzmunu və mərhələlər
I Modul – Xalq sənətkarlığına giriş və Lahıc misgərlik sənəti (4 saat)
I gün – 06.04.2026 – saat 09.30-13.30
Qeydiyyat və proqramla tanışlıq – Məleykə Hüseynova – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Qeyri-maddi mədəni irs anlayışı – Prof.Dr. Şikar Qasımov – Bakı Mühəndislik Universiteti
Lahıc misgərlik sənəti – Nəzər Əliyev – “Lahıc” Dövlət Tarix və Mədəniyyət Qoruğu
Ustad dərsi:
Mis üzərində işləmə texnikaları
II Modul – İllüminasiya sənəti: Təzhib (4 saat)
II gün – 07.04.2026 – saat 09.30-13.30
Təzhib sənətinin tarixi və mahiyyəti. Əlyazma mədəniyyəti və bəzək üslubları – Dr. Şəhla Xəlilli – AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu
Ustad dərsi:
Qızıl suyu ilə işləmə texnikası;
Kompozisiya və ahəng prinsipləri.
Praktiki məşğələ:
Sadə təzhib elementlərinin tətbiqi
III Modul – Miniatür sənəti (4 saat)
III gün – 08.04.2026 – saat 09.30-13.30
Azərbaycan miniatür sənətinin tarixi və inkişaf mərhələləri – Nərmin İmanova – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Ustad dərsi:
Klassik miniatür nümunələrinin təhlili, sadə eskizlərin çəkilməsi və rənglərin tətbiqi – Pərinisə Əsgərova – Miniatür rəssamı
Praktiki məşğələ:
Miniatür eskizlərinin hazırlanması
IV Modul – Sədəf sənətkarlığı (4 saat)
IV gün – 09.04.2026 – saat 09.30-13.30
Sədəf sənətinin mahiyyəti, tarixi və tətbiq sahələri – Balabəy Balabəyov –
Praktiki məşğələ
Sadə ornament nümunələrinin hazırlanması
V Modul – İnteqrasiya və yekun təqdimat (4 saat)
V gün – 10.04.2026 – saat 09.30-13.30
Ümumiləşdirmə və interaktiv müzakirə:
Öyrənilmiş sənət nümunələrinin müqayisəli təhlili;
Sənətkarlıq ənənələrinin müasir dövrdə yaşadılması;
Usta-şagird ənənəsinin rolu;
Gənc nəslin sənətkarlığa cəlb edilməsi.
Yekun yaradıcılıq işi:
İştirakçılar seçdikləri sənət növü üzrə
Sadə sənət nümunəsi hazırlayır;
İş prosesini izah edir;
Hazırlanmış işi təqdim edir.
Qiymətləndirmə mexanizmi:
Elmi və tarixi əsaslandırma – 25 %
Texniki icra – 20 %
Estetik quruluş – 20 %
Yaradıcılıq yanaşması – 15 %
Təqdimat bacarığı – 20 %
Qiymətləndirmə prosesi fasilitativ və summativ xarakter daşıyır.
📞 Əlaqə: +994 50 610 70 50
📧 E-poçt: miraspresscenter@gmail.com




