
Bayırşəhərdə Zərgərpalan hamamı tarixin izlərini bu günə daşıyır
February 21, 2026
Bakı və Abşeronun İslam Arxeologiyası tədqiqatlarında “Gülüstani-İrəm” əsərinin mənbəşünaslıq təhlili
February 21, 2026Xəlvətilik sufi məktəbinin banisi, piri və mürşidi Əbu Abdulla Siracəddin Ömər alim və övliya nəslindən olub, nəsli Şirvanın “Şeyxzadələr” kimi tanınan məşhur sufi şəcərəsindəndir. Atası Şeyx Əkmələddindir. Pir Ömər Avaxıl kəndində dünyaya gəlmiş və burada yetişmişdir. Əmisi Əxi Məhəmmədin təlim və tərbiyəsi ilə böyümüş, sufilikdə onun yolunu davam etdirmişdir. Əvvəlcə Xoy, sonra Misir və Hicazda o dövrün tanınmış alimlərindən dərs aldığı bilinir. Yusif Müskürinin silsilənaməsi, həmin silsilənamədəki sonrakı şeyxlərin bilavasitə şirvanlı, hətta Avaxıl ətrafı kəndlərdən olması, mənaqiblərdə verilən hadisələrin burada baş verməsi təsəvvürünü yaradan əlamətlərin varlığı onun Avaxılla bağlılığı qənaətini qüvvətləndirir.
Pir Ömərin xəlvətilik sufi məktəbində sahib olduğu mövqe böyükdür. Xəlvətiliyin bir çox prinsipinin əsası onun tərəfindən qoyulmuşdur. Bunlardan biri məktəbin adıdır. Digəri isə məktəbin əlaməti sayılan baş geyiminin onun tərəfindən müəyyənləşdirilməsidir.
The founder, spiritual master (pīr), and guide (murshid) of the Khalwatiyya Sufi school, Abu Abdullah Siraj al-Din Omar, belonged to a lineage of scholars and saints and descended from the well-known Sufi genealogy of Shirvan known as the “Sheikhzadas.” His father was Sheikh Akmal al-Din. Pir Omar was born in the village of Avakhil and was educated there. He was raised under the instruction and guidance of his uncle, Akhi Muhammad, and continued his path in Sufism by following his teachings. It is known that he first studied in Khoy and later received instruction from renowned scholars of his time in Egypt and the Hijaz. The silsilanama of Yusuf Mushkuri, the fact that the subsequent sheikhs mentioned in this silsilanama were directly from Shirvan -indeed, from villages surrounding Avakhil – and the presence of indications suggesting that the events described in hagiographical sources took place in this area all reinforce the conclusion that he was closely connected with Avakhil.
Pir Omar held a prominent position within the Khalwatiyya Sufi school. Many of the fundamental principles of the Khalwatiyya were established by him. One of these was the name of the order itself, while another was the determination by him of the distinctive headgear regarded as a symbolic marker of the school.
Xəlilli, F.S. Xəlvətilik təriqətinin qurucusu Pir Ömər Avaxıli Şirvani və onun türbəsi // Carçı Express jurnalı. – 2023. – Aprel. – № 5. – S. 42–46.
Khalilli, F.S. (2023). Pir Omar Avakhili Shirvani, the founder of the Khalwatiyya order, and his mausoleum. Carçı Express Journal, (5), 42-46.





